Cəmiyyət

“Ukraynanın məğlubiyyəti ölkənin parçalanmasına səbəb ola bilər”

7 Fevral 2025 07:01
Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün İspaniyanın xarici işlər naziri Xose Manuel Albares, Ukrayna ilə bağlı önəmli açıqlamalar verib. O, bildirib ki, əgər Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, ölkə mövcudluğunu itirəcək. Nazirin sözlərinə görə, Ukraynanın gələcəyi ilə bağlı qərarlar yalnız Ukraynanın iştirak etdiyi müzakirələrdə qəbul edilməlidir. Eyni zamanda, Avropa təhlükəsizliyi ilə bağlı məsələlərin də avropalılar olmadan həll olunmaması gərəkdiyini vurğulayıb.

"Şərqi Avropadakı vəziyyət hazırda kifayət qədər gərgindir. Müharibə zaman-zaman darana dirənib, amma Rusiya strateji üstünlüyü qoruyaraq Ukraynanın bəzi ərazilərini işğal etməyə davam edir. Ukrayna isə, əvəzində, Rusiyanın Kursk vilayətində möhkəmlənməyə çalışır".

Milli.Az xəbər verir ki, bunu siyasi şərhçi Kənan Novruzov deyib.

O bildirib ki, ABŞ-da keçirilmiş prezident seçkilərindən sonra Donald Trampın hakimiyyətə gəlməsi müharibənin bitməsi ilə bağlı ümidləri artırıb. Lakin Vaşinqtonun işi asan olmayacaq və sülhə nail olmaq üçün hər iki tərəfdən, xüsusilə Ukraynadan ərazi güzəştləri tələb edilə bilər. Bu isə faktiki olaraq Ukraynanın parçalanması deməkdir. Ukrayna bu addımı atsalar, daxili narazılıqlar və hətta vətəndaş müharibəsi baş verə bilər.

"Ukraynanın ərazi güzəştləri etməsi ehtimalı, ölkənin gələcəyini birbaşa təhlükə altına qoyur. Həmçinin, Rusiya müharibəni ciddi ərazi qazancları ilə bitirərsə, bir müddət güc topladıqdan sonra Ukraynanın digər əraziləri uğrunda yeni müharibə başlaya bilər.

Nazir Albaresin sözlərinə görə, Avropa İttifaqı və ABŞ arasında müharibə ilə bağlı ciddi fikir ayrılığı mövcuddur. Aİ, Ukraynanın maraqlarına uyğun olmayan şərtlərlə danışıqlara girməyi istəmir, çünki bu, gələcəkdə xüsusilə Rusiyaya yaxın olan Avropa ölkələri üçün təhlükə yarada bilər. ABŞ isə, Ukraynanı yalnız öz maraqlarına uyğun şərtlərlə danışıqlar masasına oturtmaq istəyir".

Qeyd edək ki, bütün bu faktlar Avropa İttifaqı və ABŞ arasında gərginliyin artmasına səbəb ola bilər. Əgər Aİ müzakirələrdə iştirak etməzsə, yeni böhranlar ortaya çıxa bilər.

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.