Ermənistan

Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi

7 Fevral 2025 08:47
Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi "İran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir" açıqlaması çalışdığı ölkənin Baş naziri Nikol Paşinyana xəbərdarlıq mesajı daşıyır. Tehran görür ki, Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşmanın yollarını axtarır. İrandakı mühafizəkar qüvvələr isə Paşinyanı durdurmaq üçün səfirlərinə İrəvanda mətbuat konfransı keçirmək təlimatı veriblər.

Milli.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

"Səfirin "bölgə ölkələri arasında İran yeganə ölkədir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini müdafiə edir" cümləsi isə Rusiyaya mesajdır. Məlumdur ki, Rusiya Zəngəzur dəhlizinin öz nəzarəti altında işə düşməsini istəyir. Tehran bunun da əleyhinədir. Tehran Zəngəzur dəhlizinə etiraz edərkən, dəhlizin İrandan keçməsi layihəsini dəstəkləyir. Bunu İranın Ermənistandakı səfiri də təsdiq edib. Amma erməni jurnalistlərdən heç biri ona sual verməyib ki, Ermənistandan keçən dəhlizin əleyhinə olduğunuz halda, necə olur eyni marşrutla İrandan keçən dəhlizin reallaşmasını dəstəkləyirsiz?" - politoloq bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.