Cəmiyyət

5 bacının tək qardaşı oyunun qurbanı oldu

7 Fevral 2025 00:28
Baxış: 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yardımlıda meyiti tapılan yeniyetmə ilə bağlı yeni detallar ortaya çıxıb.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata əsasən, 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü son bir həftədə özünə qapanıb və ailə üzvlərinə qarşı əsəbi davranışlar sərgiləyib.

Başqa bir məlumata əsasən, yeniyetmə ölümündən əvvəl bir məktub yazıb. Həmin məktubda onun iştirak etdiyi hansısa oyunda müəyyən bir tarixə qədər həyatına son qoymalı olduğu qeyd edilib.

Xatırladaq ki, Yardımlı rayonunun Zevin kəndində 15 yaşlı Ələkbər Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib. O, ailənin ən kiçik övladı və beş bacının tək qardaşı olub.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.