Ölkə

Tapşırıq verildi - Yeni avtobuslar gətirilir

6 Fevral 2025 20:33
Baxış: 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Günəşli qəsəbəsinin bir qrup sakini Neftçilər metrosunu əlaqələndirən 50 saylı marşrutun köhnə olması ilə bağlı redaksiyamıza müraciət edib.

Məsələ ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat karibi Tural Orucov bildirib ki, Yeni Günəşli qəsəbəsini Neftçilər metrosu ilə əlaqələndirən 50 nömrəli marşrut üzrə 12 avtobus 8 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.

"Daşıyıcıya marşrut üzrə fəaliyyət göstərən avtobusların yenilənməsi barədə tapşırıq verilib. Müvafiq tədbir görülməyəcəyi təqdirdə 50 nömrəli marşrut müsabiqəyə çıxarıla bilər", - deyə T.Orucov qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.