2024-cü ildə Azərbaycanda mənzillərin qiymətləri 10 faizədək artıb. Ən böyük bahalaşma isə yeni tikilən evlərdə müşahidə olunub. Rəsmi statistikaya görə, 2023-cü ilə nisbətən yeni tikililərin qiyməti 11,3 faiz artıb, köhnə mənzillərin qiymətində isə artım 9,8 faiz olub.
Bəs bu artım 2025-ci ildə də davam edəcəkmi?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı əmlak üzrə ekspert Ramil Qasımzadənin fikrincə, torpaq bazarındakı qiymət artımı və ipoteka kreditlərinin verilmesi həm yeni, həm də köhnə mənzillərin qiymətlərinin artmasına səbəb olacaq:
"Yeni tikililərdə bir kvadratmetr mənzilin orta qiymətinin 2500 manatı keçəcək".
Ekspert Elnur Azadov isə Bakı şəhərinin Baş Planı çərçivəsində 2024-cü ildə yeni binaların tikintisinə icazələrin sayının azaldığını bildirir:
"2025-ci ilin ikinci yarısından tikinti layihələrinin icra olunmasına başlanılacağına ümid edirik. Tikinti şirkətlərinin arasında rəqabət olmasa, qiymət artımı qaçılmazdır".
İqtisadçı Vüqar Oruc isə mənzillərin qiymətindəki artımın 2025-ci ildə də davam edəcəyini proqnozlaşdırır. O, bahalaşmanın yalnız tələb və təkliflə bağlı deyil, həm də makroiqtisadi amillərlə əlaqəli olduğunu qeyd edir. İqtisadçının fikrincə, tikinti materiallarının qiymətindəki artım, inflyasiya və köhnə binaların sökülməsi prosesi mənzillərin qiymət artımını daha da sürətləndirəcək.
Asya
Milli.Az