İran

"Sərt tədbir görülməsə, daha şiddətli hadisələr olar”

31 Yanvar 2025 15:32
Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehranın "Azadi" stadionunda baş verənlər və təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Təbrizin "Traktor" və Tehranın "Persopolis" futbol komandalarının oyununda baş verənlərə münasibət bildirərkən deyib.

Azərbaycan dilində çıxışı zamanı Pezeşkian məsələnin araşdırılması və tədbir görülməsi məsələsini nazirlə müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün tapışırıq verəcəyini söyləyib, habelə Futbol Federasiyasının İntizam Komitəsinin səbəbkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini vurğulayıb.

"Bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər", - İran prezidenti qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.