Azərbaycanda bu xəstələrin sayı 6 dəfə artdı - Yeni dövlət proqramı hazırlanır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tez-tez sosial şəbəkələrdə diabet xəstələrinin dərmanla təminatda qarşılaşdığı problemlərlə bağlı şikayətlərini görürük. Onlar saatlarla, bəzən də günlərlə xəstəxana növbələrində durub müalicələri üçün lazım olan dərmanı götürməyə çalışırlar. Bu problem ölkənin əksər apteklərində yaşanır.
Milli.Az xəbər verir ki, bu vasitələr dövlət tərəfindən pulsuz təmin edilsə də, say məhdudiyyəti səbəbilə bir çox xəstə onları apteklərdən öz hesabına almağa məcbur qalır. Gün ərzində bir neçə dəfə şəkər səviyyəsini yoxlamalı olan xəstələr üçün dövlət tərəfindən ödənişsiz təqdim edilən vasitələr kifayət etmir.
Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Ülviyyə Əhmədovanın sözlərinə görə, hazırda Azərbaycanda təxminən 400 minə yaxın şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bu xəstələr iki qrupa ayrılır və onların arasında birinci tip diabet xəstələrinin 1350 nəfəri Bakıda qeydiyyatdan keçib. O qeyd edib ki, paytaxtda qeydiyyatda olan xəstələrdə təminat problemi yaşanmır.
Ülviyyə Əhmədova həmçinin vurğulayıb ki, şəkərli diabet xəstələrinə təqdim olunan illik tibbi yardımın həcmi, inyeksiya vasitələri, insulin, digər şəkərsalıcı dərmanlar və özünənəzarət vasitələrinin sayı, həmçinin bu vasitələrlə təminat prosesi Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli, 87 nömrəli qərarı ilə tənzimlənir.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, 2005-ci ildən bu yana ölkədə şəkərli diabet xəstələrinin sayı altı dəfə artıb. Buna görə də müasir standartlara uyğun tibbi xidmətlərin təmin edilməsi üçün tədbirlər görülür.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli qərarına uyğun olaraq dəyişikliklər layihəsi hazırlayıb. Həmçinin, qarşıdakı illərdə həyata keçirilməsi nəzərdə tutulan yeni dövlət proqramı üzərində iş gedir.
Təkliflərə xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin və effektivliyinin artırılması, həmçinin mövcud çatışmazlıqların həlli daxildir. Eyni zamanda, ilkin tibbi xidmətlərin gücləndirilməsi və təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Azərbaycanda yeni Komissiya yaradılır
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - (Foto)
XƏBƏR LENTİ
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Putin Pezeşkianla görüşdü - (Video)





