Bu günlərdə paytaxt bazarlarının birində qarpız və yemiş satıcısı elə satdığı məhsuldan zəhərlənib və Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Xəstəxananın Toksikologiya şöbəsinin həkimi Gülnarə Babayeva Anspress-ə qarpız satanın yediyi qarpızın tərkibindəki nitratın miqdarının çox olması səbəbindən zəhərləndiyi məlumatını verib. Həkim, həmçinin onu da bildirdi ki, bu il qarpızdan zəhərlənmə ilə daxil olan xəstələr ötən illərə nisbətən çoxalıb.
"Bu yay ümumi qida zəhərlənmələrindən 73 nəfər bizə müraciət edib. Onların içərisində qarpızda zəhərlənənlər onlarladır", - deyə Gülnarə Babayeva vurğuladı.
Bu səbəbdən də həkim may və iyun aylarında bostan meyvələri olan qarpız və yemişdən istifadə edərkən diqqətli olmağı tövsiyə edir: "Hər bir meyvə-tərəvəzin yetişdiyi öz mövsümü var. Əgər qışda, yaxud yazda bostan bitkiləri satılırsa, onlara gübrə vurulur. İnsanlar qidalarına diqqət yetirməlidirlər. Yəni hər bir meyvə-tərəvəz öz mövsümündə yeyilməlidir. Normal qarpız və yemiş avqust ayının əvvəlindən yetişir. Yəni qarpızı avqustdan tez yemək bir qədər təhlükəlidir".
Həkimin sözlərinə görə, ola bilər ki, qarpızdakı hansısa bir kimyəvi tərkib insan orqanizmində olan xroniki xəstəliyi qıcıqlandırır. İnsanın halı dəyişir və zəhərlənmə formasında özünü göstərir. Zəhərlənmənin ilkin əlamətləri ürəkbulanması, baş ağrısı, qarın və mədə ağrılarıdır.
Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev açıqlamasında bildirdi ki, qarpızdan zəhərlənməyə səbəb onun tərkibindəki kimyəvi maddələrin normadan artıq olmasıır.
İmran Abdullayevin sözlərinə görə, yay mövsümünün başlanması ilə əlaqədar qarpız və yemişin tərkibinin yoxlanılmasına başlanılıb. Yoxlamaların nəticələri isə yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti də qarpız və yemiş məhsullarının yoxlanılmasına başlayıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin açıqlamasında bildirdi ki, dövlət xidməti tərəfindən müxtəlif ticarət obyektlərindən qarpız nümunələri götürülür və xidmətin mərkəzi qida sınaq laboratoriyasına laborator müayinəyə göndərilir. Müayinə zamanı qarpızda nitratın miqdarının norma daxilində olub-olmadığı müəyyən edilir. "Seçmə üsulu ilə götürdüyümüz müayinələrdə hələlik nitratların miqdarının norma daxilində olduğu müəyyən edilib. Nəzarət qaydaları intensiv qaydada davam etdirilir. Hazırda qarpızın kütləvi şəkildə satıldığı mövsüm deyil. Ehtiyac yarandıqca yoxlamalar daha da intensivləşdiriləcək".
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası Bakıda bir sıra topdan satış məntəqələri, bazar və kənd təsərrüfatı yarmarkalarında satışa çıxarılan qarpız və yemişlərin tərkibini yoxlayıb. Həmin məhsullardan götürülən nümunələrin analizləri zamanı onların bəzilərində nitratın miqdarının çox olduğu aşkarlanıb. Bu barədə mətbuata laboratoriyanın rəhbəri Yaqub İbrahimov açıqlama verib. Onun sözlərinə görə, bu il Azərbaycanda satışa çıxarılan yerli, Türkiyə və İrandan idxal edilən qarpız və yemişlərin tərkibi ilə bağlı analizlərin nəticələrini müsbət qiymətləndirmək olar: "Bu sahədə vəziyyət demək olar ki, müsbətə doğru dəyişir. Amma bəzi yemiş və qarpız nümunələrində nitratın normadan artıq miqdarı aşkar edilib. Belə məhsullar satışdan çıxarılıb və müvafiq tədbirlər görülüb".
Kənd Təsərrüfatı Nazirliyiyinin Bitkiçilik İdarəsinin rəisi Sabir Vəliyevin verdiyi məlumata görə, qarpızın müayinəsi həm tarlalarda, həmdə bazarlarda aparılır.
"Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar xidməti var. Orada qarpızın tərkibində nitrat, nitrat tərkibinin miqdarı yoxlanılır. Fermerlər bilməlidirlər ki, qarpız becərilən torpağa azot gübrəsi vermək olmaz. Normalara əsasən, qarpızın tərkibində nitrat maddəsi 100 milliqramdan çox olmamalıdır. Nitratın miqdarı xüsusi aparat vasitəsilə yoxlanılır", - deyə Sabir Vəliyev bildirdi.
Sonda bir misal yada düşür, "Bağban nə qədər tələssə, armud vaxtında yetişər". Ona görə çalışaq ki, hər hansı meyvə-tərəvəzi yetişdiyi mövsümdə qəbul edək.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bostandan gözlənilən təhlükə
5 İyul 2012 15:43
0 Şərh
Baxış: 798

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: işdə qarışıqlıq yarana bilər
-
Ötən ildən qohum evliliyi ilə bağlı qadağa qüvvəyə minənədək qeydə alınan nikahların sayı açıqlandı
-
Qohum evliliyinə qarşı ciddi mübarizə: Azyaşlıların kəbinini kəsən mollalara ağır cəza gəlir!
-
Faciəvi şəkildə ölən dönərçi Kamilin qızı ilə VİDEOsu
-
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər - RƏSMİ
-
Rusiya kəşfiyyatına qarşı açıq əməliyyat: Bakıdan sərt mesaj!
XƏBƏR LENTİ
-
Bakıda həbs edilən həmin şəxsləri Ukrayna "qara siyahı"ya saldı - FOTO
-
Sevda Nüsrətin yeməklərinə "ağız büzdü" - VİDEO
-
Aktau hadisəsi ilə bağlı ekspertizanın nəticələri qısa müddətdə elan oluna bilər - RƏSMİ
-
Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü
-
Süleyman Salahovun meyiti bu ərazidən tapıldı
-
Ardaya "pis xəbər" - Alonso yeni Modriçi TAPDI
-
Ziyəddin Hüseynov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb - Baş Prokurorluq
-
Sverdlovsk vilayətində polis çoxsaylı Azərbaycan vətəndaşlarını saxlayıb - Baş Prokurorluq
-
Media Reyestrində olmadan fəaliyyət göstərənlər 5000 manatadək cərimələnəcək
-
"Dostluq vacibdir, amma son olaylar narahatlıq doğurur" - Zaxarovanın açıqlaması yayıldı
-
Arı sancan kişi öldü
-
Rusiyadakı diasporamıza idarədə hansı suallar verilib? - Özü danışdı
-
Tanınmış şokolad firması müflis oldu - İşçilər aylardır maaş ala bilmir
-
İyul ayı eşqə qapı açır - 4 bürc üçün ilin romantik vaxtı
-
Azərbaycanda qohumlar arasında DƏHŞƏT - Əsəblərinə hakim ola bilmədi, yeznəsinin bu orqanını kəsdi
-
"Kaş həmkarlarım belə etməzdi"
-
Yekaterinburqda azərbaycanlıları öldürən OMON-çuların FOTOsu - Onları siz də tanıyın
-
Azərbaycanda bu valyuta sürətlə bahalaşmağa başladı - Manatın mövqeyi təhlükə altında?
-
"Real" "Yuventus"dan üstün oldu
-
Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar
-
Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? VİDEO
-
Türkiyədəki qiymətlər Gülbən Ərgəni şoka saldı - VİDEO
-
Yumurtanı qaynadıb suyunu tökməyin – Bilmədiyiniz faydaları