Cəmiyyət

Otaqda siqaret çəkən müəllimlər, baha bufet, təmirsiz və işıqsız ADPU-dan ŞİKAYƏT

2 Dekabr 2024 09:36
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Redaksiyamıza Bakı Dövlət Pedaqoji Universitetinin (ADPU) 2 saylı korpusuna aid bir şikayət daxil olub.

Milli.Az xəbər verir ki, şikayətçi universitetin əvvəlki liftindən çox narazı idi, çünki lift çox köhnə idi və tez-tez işləmirdi. Lifti təmir etdikdən sonra isə qərara alınıb ki, onu yalnız müəllimlər istifadə edə bilər. Tələbələrə lift istifadəsinə icazə verilmir.

Həmçinin, şikayətçi qeyd edir ki, 2-ci və 3-cü mərtəbədə bütün otaqlar boşdur, dərslər isə 6-7-8-ci mərtəbələrdə keçirilir. Dekanın xüsusi tapşırığı ilə dərsə bir az gecikən tələbələr dərsə alınmır, amma bəzi müəllimlər tələbələri başa düşür. Tələbə isə illik 2000 manat ödəyərək 8-ci mərtəbəyə ayaqla qalxmaq məcburiyyətində qalır.

Şikayətçi dərslər arasında 10 dəqiqə vaxt olduğu halda bufetə, tualetə və siqaret çəkməyə belə getməyin mümkün olmadığını bildirir. O həmçinin qeyd edir ki, bəzi müəllimlər öz otaqlarında siqaret çəkirlər, amma tələbələr üçün bu cür imkanlar yoxdur.

Bufetdə qiymət artımı da şikayətçinin narazılığına səbəb olub. O, qiymətlərin süni şəkildə artırıldığını və hələ də stipendiyaların qalxmadığını bildirir. Universitetin bəzədilməsi üçün kraska şotkaları alınıb, amma daxili vəziyyətin yaxşılaşdırılması üçün heç bir iş görülmür.

Şikayətçi əlavə edir ki, universitetin bəzi otaqlarında və koridorlarında işıq yanmır, hətta yağış yağanda su daxil olur. Tualetlərin vəziyyəti də qənaətbəxş deyil və 4-cü mərtəbədəki tualet artıq mamırla dolub və çökmək üzrədir. Tələbələr ödəniş vaxtı çatanda ciddi şəkildə izlənilir, amma universitetin içi və infrastrukturu ilə bağlı məsələlərə diqqət yetirilmir.

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.