Cəmiyyət

Bu şəxslər də vergi ÖDƏMƏLİDİR

27 Noyabr 2024 11:55
Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazarlar mikro sahibkarların kütləvi şəkildə fəaliyyət göstərdiyi yerdir. Artıq bazarda vergi uçotuna alınmış sahibkarın işləməsinə icazə verilir.

Milli.Az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Mustafayeva deyib.

O bildirib ki, uçotda olmayıb fəaliyyət göstərməyə görə maliyyə sanksiyaları tətbiq olunur.

"Bazar mülkiyyətçiləri artıq subyekt kimi həmin bazarda fəaliyyət göstərən sahibkarın uçota alınmasına cavabdehdirlər. Əgər bu öhdəlik yerinə yetirilmədən uçotsuz, qanunsuz sahibkar fəaliyyət göstərsə, maliyyə sanksiyaları tətbiq olunacaqdır".

Aysel Əkbər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.