"Həyata keçirilsəydi qəzaların sayını 30 faiz azaltmaq mümkün olardı"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə yol nəqliyyat hadisələrinin sayı ölkəmizdə ciddi narahatlıq yaradır. Hər bir yol qəzası təkcə maddi itkilərlə nəticələnmir, eyni zamanda insanların həyatına və sağlamlığına da ciddi ziyan vurur. Statistik göstəricilər onu deyir ki, yol nəqliyyat hadisələrinin baş verməsində əsas rol, yol hərəkəti iştirakçılarının qaydalara riayət etməməsi ilə bağlıdır. Bu, həm sürücülərin, həm də piyadaların məsuliyyətsiz davranışlarından qaynaqlanır. Nəticədə təkrarlanan qəzalar təhlükəsizlik məsələsini gündəmə gətirir və bu sahədə ciddi islahatların aparılmasına ehtiyac olduğunu göstərir.
Bəs yol hərəkət qaydalarının əsas səbəbi nədir, necə azalda bilərik?
Mövzu ilə bağlı Milli.Az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov açıqlama verib.
O bildirib ki, yol nəqliyyat hadisələrinin əsas səbəbləri ən çox yol hərəkəti iştirakçılarının öz davranışları ilə bağlıdır. Bu, həm sürücülərin, həm də piyadaların qaydalara riayət etməməsi ilə əlaqəlidir. Məsələn, piyadaların qadağan olunmuş yollardan keçməsi və sürücülərin manevr qaydalarını pozması, sürət həddinin aşılması tez-tez qəzaların baş verməsinə səbəb olur.
"Qəzaların baş verməsinin əsas səbəbi əksər hallarda sürücülər tərəfindən törədilən səhvlərdir. Bununla yanaşı ölkəmizdə yol nəqliyyat hadisələrinin sayının azalması məqsədilə 2018-ci ildə dövlət proqramı hazırlanıb. Bu proqram 2019-2023-cü illəri əhatə edib və yol təhlükəsizliyinin artırılması məqsədi daşıyıb. Lakin təəssüf ki, bu proqramın bir çox maddələri hələ də həyata keçirilməyib. Nəticə olaraq, yol nəqliyyat hadisələrinin sayı hələ də yüksəkdir".
Ekspert onu da əlavə edib ki, əgər proqram tam şəkildə həyata keçirilsəydi, ölkəmizdə baş verən qəzaların sayını ən azı 30 faiz azaltmaq mümkün olardı.
"Bununla yanaşı, yol nəqliyyat hadisələrinin azalması üçün ilk növbədə sürücülük məktəblərinin fəaliyyətinə xüsusi diqqət yetirilməlidir. Müxtəlif formal xarakterli sürücülük kurslarının ciddi nəzarətə götürülməsi vacibdir. Bu, sürücülərin yalnız nəzəriyyə ilə deyil, həm də praktikada düzgün davranış və təhlükəsiz sürmə bacarıqları qazanmasına kömək edər".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
-
Azərbaycanlı iş adamı Turqut Hüseynov beynəlxalq uğurlarından danışdı - (Foto/Video)
-
“Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bakıda avtobuslar üçün xüsusi işıqfor istifadəyə verildi - (Foto/Video)
-
ABŞ-də polis maşınında “Bakılı balası” - (Video)
XƏBƏR LENTİ
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Yevlaxda baş vermiş ağır qəzada ölənlərdən birinin kimliyi məlum oldu - Yenilənib
-
Hans Flik: "Sabah" qəhrəmancasına mübarizə apardı"
-
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
-
Günün qoroskopu: Bu gün sözlərinizin çəkisi artacaq
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - Yenilənib - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub oldu - Yenilənib - (Video)
-
Nazirlər “Sabah” - “Barselona” oyununda - (Video)
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
-
Masallıda musiqi müəllimləri və şagirdlər üçün ustad dərsləri keçirilib - (Foto)
-
Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama
-
İsmayıllıda traktor iki hissəyə parçalandı, 4 yaralı var - (Foto)
-
Azərbaycanlı iş adamı Turqut Hüseynov beynəlxalq uğurlarından danışdı - (Foto/Video)
-
Eldəniz Zeynalovun ailəsinin faciəsi - Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
-
“Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Küləklə bağlı xəbərdarlıq
-
Qvardiola İtaliya millisinin təklifindən imtina edib
-
"Qızım məktəbi qızıl medalla bitirib, universitetə qəbul olub" - Manana Çaparidze





