Qəbulda əsəbiləşdiyi üçün öldüyü deyilən müəllimlə bağlı açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
19:24
Xəbər verdiyimiz kimi, Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə fizika fənnini tədris edən Elnur Aslanovun bir neçə gün öncə Goranboy Təhsil Sektorunda qəbul zamanı əsəbiləşdiyi üçün beyninə qan sızdığı, bundan sonra olunan tibbi müdaxilələrə baxmayaraq vəfat etdiyi iddia olunurdu.
"Qafqazinfo"nun məlumatına görə, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb.
Bildirilib ki, fizika müəllimi Elnur Aslanovun 30 oktyabr tarixində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədovun qəbulunda olması və qəbuldan sonra əsəbləşərək halının pisləşməsi məlumatları həqiqəti əks etdirmir:
"Belə ki, Elnur Aslanov 30 oktyabr, saat 17:00 radələrində çalışdığı məktəbin direktor vəzifəsini icra edən Gülxanım Abdullayeva ilə birgə SIMA proqramının yüklənməsinə dəstək göstərilməsi məqsədi ilə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun inzibati binasına gəliblər. Sektorda təxminən 30 dəqiqə qaldıqdan sonra işini bitirib, sektor müdirinin qəbulunda olmadan evə getmək üçün binadan ayrılıb".
Qeyd edilib ki, sektorun həyətində müəllimin halının pisləşdiyini görən sektorun əməkdaşları dərhal təcili tibbi yardım xidmətinə müraciət ediblər:
"Elnur Aslanov Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Təəssüf hissi ilə bildiririk ki, Elnur Aslanov 03 noyabr 2024-cü il tarixdə öz evində dünyasını dəyişib. Sosial şəbəkələrdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru ilə bağlı səsləndirilən digər məsələlər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. Məsələ ilə bağlı hazırda araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
--------------
2024.11.06
Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə fizika fənnini tədris edən Elnur Aslanov dünyasını dəyişib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddia edilib ki, müəllim bir neçə gün öncə Goranboy Təhsil Sektorunda olub və qəbul zamanı əsəbiləşdiyi üçün həmin vaxt beyninə qan sızıb, bundan sonra halı pisləşib. Müəllimin xəstəxanaya yerləşdirildiyi, beyin əməliyyatı olunduğu da vurğulanıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İddialarla bağlı Gəncə-Daşkəsən Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "Goranboy şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Elnur Aslanov 3 noyabr tarixində vəfat edib. Müəllimin hansı səbəbdən dünyasını dəyişdiyi barədə məlumatı müvafiq dövlət orqanından əldə edə bilərsiniz".
***
TƏBİB hadisə ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, 30.10.2024-cü il tarixində saat 18:30 radələrində 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub:
"Ona hipertonik kriz diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrindən birinə təxliyə olunub".
------------
12:02
Goranboyda orta məktəb müəllimi vəfat edib.
Milli.Az metbuat.az-a istinadla xəbər verir ki, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Elnur Aslanov dünyasını dəyişib.
O, orta məktəbdə fizika fənnini tədris edirdi.
Gənc müəllimin ölüm səbəbi açıqlanmayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
XƏBƏR LENTİ
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər





