Cəmiyyət

"Camaat kimin üstünə getməlidir? 1200-1300 manat həkimə..."

1 Noyabr 2024 12:42
Baxış: 3 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda həkim çatışmazlığı var, onlar işləməyə xaricə üz tuturlar. Səbəb məvacibin azlığıdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

"1200-1300 manat məvacib həkimə çatmır. İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. O boyda rayonda sadəcə bir dənə psixiatr var. Bəs camaat kimin üstünə getməlidir? Pensiya yaşına çatan kimi müəllimi məktəbdən çıxarırlar, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Niyə? Çünki həkim çatışmazlığı var.

Rayonlardan İcbari Tibbi Sığortanın vasitəsilə Bakıya xəstəxanalara gəlirlər. Lakin onu özəl xəstəxanaya yönləndirirlər. Bu da həkimlərin, müdiriyyətin işidir.

Amma bərabərlik prinsipi gözlənilməlidir. İcbari Tibbi Sığorta ilə xəstəxanaya gələn xəstələri resepşnlar da acıqla qarşılayırlar. Bəzən arzularının həyata keçirilməsinə belə maneə yaradırlar".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.