Cəmiyyət

"Qazisən, gəl min mənim boynuma" - Abid Qafarov yenə təhqir etdi - VİDEO

5 Sentyabr 2024 13:59
Baxış: 1 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qazisən, gəl min mənim boynuma"

Milli.Az bildirir ki, bu sözləri özünü ictimai fəal və "siyasi mühacir" adlandıran Abid Qafarov Sevinc Osmanqızı ilə söhbəti əsnasında canlı yayım zamanı söyləyib.

O, növbəti dəfə şəhidləri, onların ailələrini, o cümlədən qaziləri açıq şəkildə təhqir edib. Sevinc Osmanqızı isə onun dediklərini təsdiqləyib.

"Şəhid anası, şəhid arvadı, qazi, mən döyüşmüşəm, sən neynəmisən?...Döyüşmüsən, gəl min mənim boynuma. Kaş heç döyüşməzdin, erməni gülləsinə tuş gələydin", - o, fikrini davam etdirib. Sevinc Osmanqızı isə mimika və jestlərlə onun sözlərinə dəstəyini ifadə edib.

Qeyd edək ki, bu, "Bakı Birlik Təşkilatı" İctimai Birliyinin sədri, KİM.TV Youtube kanalının aparıcısı Abid Qafarovun qazilərə, şəhid ailələrinə qarşı ilk ədəbsizliyi deyil. O, illər əvvəl, məhz 2022-ci ildə də bunu təkrarlamışdı. "Tərtər işi" ilə bağlı çıxışları ilə tanınan Abid Qafarova Vətən müharibəsi veteranları Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırılmışdı. Yasamal rayon Məhkəməsində keçirilən prosesdə Abid Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılmışdı.

Həm Tərtər işi ilə bağlı situasiyadan, həm də qazilərin adlarından bəhrələnməyə çalışan Abid Qafarov YouTube-dakı "Kim.TV" adlı kanal yaradaraq sürəkli olaraq "Tərtər işi"ndən bəhs edib və özünü "Kaspian İnformasiya Mərkəzi"nin təsisçisi, habelə rəhbəri kimi təqdim edib.

İki il əvvəl qaziləri "müti" adlandırdığına görə məhkəməyə verilən Abid Qafarov bunu sifariş adlandırıb. O, hətta, üzr istəmək əvəzinə çox ağır bir ifadə də işlədib:  "Üzə durmağa qaziləri deyil, 5 manatlıq fahişələri gətirin". Üzrü qəbahətindən də betərdir.  Bir təhqirin üzrü istənilməmiş digərini səsləndirib.

Qazilərlə bağlı belə yersiz, aşağılayıcı və təhqir dolu müqayisə aparan biri görünür xislətindən əl çəkməyib. Onun illər sonra yeni eyni davranışı sərgiləməsi bunu deməyə əsas verir. Ümumiyyətlə, təhqir yolverilməzdir, qanunla qadağandır, vətən uğrunda döyüşənləri, şəhidləri, onların ailələrini təhqir etmək isə heç bir etikaya sığmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.