Nic kəndində mistik səyahət: Keşiş niyə anasını 90 yaşında xaç suyuna saldı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baku TV-də yayımlanan "Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, verilişin budəfəki sayında Qəbələ rayonunun Nic kəndinə səyahət edilib.
Rayondan 40 kilometr cənub-qərbdə yerləşən Nic - Qəbələnin ən böyük kəndidir və 2005-ci ildən qəsəbə statusu alıb. Bu yer dünyada udilərin toplu halda yaşadığı yeganə yaşayış məntəqəsidir.
Udilər - Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyasında yaşayan və Xristian dininə etiqad edən əsas tayfalardan biridir. Onlar hələ də qədim albanlarla eyni dildə danışırlar. Müqəddəs Yelisey adına Cotari kilsəsi kənd mərkəzindən bir qədər aralıda yerləşir. 17-ci əsrdə tikilən kilsə, yenidən bərpa edilərək udilərin istifadəsinə verilib.
Baku TV ibadət ocağında çəkiliş apararkən müxtəlif yaşlarda xaç suyuna salınan insanlarla qarşılaşıb. Keşişin sözlərinə görə, burada ən gec xaç suyuna salınan insan 90 yaşlarında olan anası olub. O, xaç suyuna salındıqdan 1 il sonra rəhmətə gedib. Keşiş anasının gec yaşda xaç suyuna salınmasının səbəbini belə izah edib:
"1836-cı ildə rus çarının qərarı ilə Müqəddəs Alban Apostol kilsəsi erməni Qriqorian kilsəsinin tabeliyinə veriləndə, biz bütün kilsələri və monastrları qapalı saxladıq. Bu səbəbdən kilsələr fəaliyyət göstərməyib və əhalimiz vəftiz olunmayıb. Həmin müddətdən sonra bu kilsədə ilk vəftiz 2013-cü ildə baş tutub".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Uşaqlar yolu idman zalına çevirdi, valideynləri polisə çağırıldı - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
XƏBƏR LENTİ
-
Mourinyo baş tutmayan Rodri transferi barədə: "Onlar "Real"da oynaya bilməz"
-
Sefonun fanatı ilə çətin anları - Gənc qızın hərəkəti qınandı - (Video)
-
Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı - (Foto)
-
Məşhur İngiltərə klubunun stadionunda meyit tapıldı
-
"Fənərbağça"nın futbolçusu "Barselona"ya transfer olunacaq
-
Rusiya milyarderləri Putin üçün kisənin ağzını açdı: 384 milyard
-
Qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın Fotoları
-
Rəqsanənin qızı Yağmur: "Ən ağır həqiqətdir ki, həyatda özündən başqa heç kimin yoxdur" - (Foto)
-
Uşaqlar yolu idman zalına çevirdi, valideynləri polisə çağırıldı - (Video)
-
Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı
-
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Bakıda kişi öldürüldü, arvadı saxlanıldı
-
Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya - (Foto)
-
Sabah 38 dərəcə isti olacaq
-
Qurban Qurbanovdan yeni transfer elanı
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?





