Milyonçu Cənnətin oğlu danışdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyevin ölümü onun adını bir daha gündəmə gətirib.
Milli.Az bildirir ki, onun oğlu Qalib Əliyev "Azadlıq" radiosuna müsahibəsində vaxtilə məşhur olan atasının son günlərindən də söz açıb.
- Atanız ən çox milyonçu, bir də bəstəçi kimi yadda. Siz necə xatırlayırsınız onu?
- Mən atamın nə milyonçu, nə biznesmen, nə də siyasətçi kimi təqdim olunmasını istərdim. Onun Azərbaycanda dini tolerantlığın təməlini qoyan biri kimi tanıdılması lazımdır. Hamı sual verirdi ki, Cənnət milyonları nə etdi. Atam bezikmişdi bu suallardan. Cənnət Əliyev 1990-cı illərdə bir çox qəlibləri, mental görüşləri sındırdı. Bu, çox ciddi məsələdir. O, xristianlığı qəbul etdi, krişnaizmə kömək göstərdi, sonra yenidən İslama qayıtdı.
- Atanızla münasibətləriniz hansı səviyyədə idi?
- O, mənim üçün həm ata, həm dost idi. O, qeyri-adi adam idi. Axıradək bir yerdə olmuşuq. Elə qucağımda da keçindi. Onun ölümü mənim üçün böyük itkidir. Tamam başqa bir dünyanın adamı idi. Komplekslərsiz bir insan olub.
- Son dövrlər nə ilə məşğul olurdu?
- İctimaiyyətə görünmürdü. Evdə oturub ibadətlə məşğul idi. Gününü sırf dua, ibadətlə keçinirdi. Bir də hərdən özü üçün xırda-para musiqi yazırdı. Gitara çalırdı. Onun sərhəd hərəkatındakı rolu, digər xidmətləri danılsa da atam heç kimdən inciməyib. O deyirdi ki, onlarda heç bir günah yoxdur. Bildirirdi ki, bu cür insanlar onun enerjisini qəbul edə bilmirlər. Elə buna görə də onun xidmətlərini danıb yaxın buraxmayıblar.
- Cənnət Əliyev bir az da qapalı adam təəssüratı bağışlayırdı. Özünə qarşı təzyiqlərə eyham vursa da tam açıqlama vermək istəmirdi...
- Bu mövzuda danışmaq artıqdır.
- Uşaqlığınızda imkanlı ailədə böyüsəniz də sonra tam tərs duruma düşmüsünüz... Uyğunlaşma necə keçirdi?
- Cənnətin yanında olanda insanda istər-istəməz uyğunlaşma prosesi güclü gedirdi. O, insanda immunitet yaradırdı, axı maddi heç nəyə bağlı deyildi. Atam tək mənə - yeganə övladına bağlı idi. Bu da normal insani hisslərdir. O, bu dünyada bir pomidorla da keçinərdi. Məmnun olurdu bu halına. Artıq şey lazım deyildi ona. Onun üçün fərqi yox idi ki, zövqlü yemək yedi, ya sadə.
- Atanız 1990-cı illərin ortalarından Azərbaycanı tərk edib Rusiyaya qayıtmışdı. Həmin vaxt onun milyonları da yox idi. Nə iş görürdü Rusiyada?
- Atam birdəfəlik getməmişdi. Tez-tez gəlib-gedirdi. Son bir-iki ili Bakıda yaşayırdı. O, Rusiyada xalq təbabəti ilə məşğul idi. Xəstələri cürbəcür otlarla sağaldırdı.
- Bəs öz xəstəliyi nə idi, ölümünə nə səbəb oldu?
- Yüksək təzyiqdən öldü. Bu xəstəlik yavaş-yavaş yaranmışdı onda. Yüksək təzyiq ağciyərinin damarlarını partlatdı. Ölümünə səbəb də bu oldu.
- Cənnət Əliyevin tez-tez dinini dəyişməsi birmənalı qarşılanmırdı. Qohum-tanışın münasibəti necə idi buna?
- Azərbaycan dövləti hər zaman fəxrlə tolerant olduğunu deyir. Heç bir dinin nümayəndəsi o birisini incitmir. Bu mövzuda Cənnətin böyük rolu olmuşdu. Mən fəxr edirəm ki, onun oğluyam. O, şərəfli bir ömür sürdü. O, öz həyatında bir neçə insanın yaşam duyğularını və adrenalinini yaşadı. Atamdan qalan ən böyük miras özünüdərkdir. Bu, məndən ötrü milyonlara dəyər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi








