Cəmiyyət

Bakıda 6 övladı olduğunu deyən kişi körpəsi ilə dilənir - AÇIQLAMA - FOTO

19 İyun 2024 11:20
Baxış: 1 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda metronun "Nizami" stansiyasının yaxınlığında qucağında körpə uşaqla dilənən kişi diqqət çəkib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət paytaxtın Cəfər Cabbarlı küçəsindən gedir.

Orta yaşlı kişinin qucağında körpə uşaqla hər gün saat 22-23 radələrində bura gələrək, diləndiyi iddia edilir.

İlkin məlumatlara görə, o, onunla maraqlananlara 6 övladının olduğunu və onları dolandırmaq üçün hər gün 6 aylıq körpəsi ilə bura dilənməyə çıxdığını deyir.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fakt nəzarətə götürülüb:

"Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məsələ araşdırılır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.