Cəmiyyət

N.A.A. Agrotara MMC: Əgər soyuducu kameraya keyfiyyətli məhsul gətirilsə, o keyfiyyətli də qalacaq

14 İyun 2012 20:31
Baxış: 2 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, ölkədə ərzaq təhlükəsizliyinə uyğun olaraq aparılan işilərdən biri də soyuducu anbarların inşasıdır.

Qeyd edək ki, qərb bölgəsində böyüklüyü ilə yeganə olan N.A.A. Agrotara MMC 25 min ton tutumu olan soyuducu anbar, nəinki, yerləşdiyi ərazinin hətta bütün bölgə üzrə müxtəlif kənd təsərrüfatı və ərzaq məhsulu saxlamaq qabiliyyətinə malikdir.

Bildirək ki, müəssisə 1 ay ərzində yeni zavodlarını da işə salacaq. Hər bir fermer məhsul istehsal etdikdə onun saxlanması məsələsi ilə daim qarşılaşır. Bu çətinliyin problem həddinə çatmaması üçün ölkədə İqtisadi İnkişaf Nazirliyinin xətti ilə 38 soyuducu anbar tikilib. Həmin anbarlarla yanaşı şəxsi vəsaiti hesabına sahibkarlar tərəfindən fermerin istehsal etdiyi məhsulun uzun müddət saxlanılmasına da şərait yaradılır.

N.A.A. Agrotara MMC-nin baş direktoru Nadir Abbasov bildirib ki, soyuducu anbarın fermer üçün çox böyük əhəmiyyəti var. "NAA Agrotara" MMC-nin baş direktoru Nadir Abbasov: "Bu gün ölkədə çoxlu soyuducu anbarlar tikilir. Bunlardan birincisini biz Gəncə şəhərində başlamışq. 25 min ton tutumu olan soyuducu anbar hazırdır. Fermerlər bildiymiz kimi əvvəllər kartof, soğan, bəzi məhsulları saxlaya bilmədiyindən məhsul xarab olmağa başlayırdı və həmin məhsul atılırdı ki, bu da fermer üçün ziyan idi. Bildiyimiz kimi məhsulun
aylar üzrə qiyməti müxtəlif olur. Fermerlər ona görə maraqlı olurlar ki, öz məhsullarını keyfiyyətli yetişdirib, anbarda saxlayıb, sonra Rusiyanın bir çox şəhərlərinə göndərirlər".

Nadir Abbasovdan aldığımız məlumata görə, il ərzində 800-1000 nəfərə yaxın fermer müəssisəyə müraciət edir. Onların demək olar ki, əksəriyyətinin sifarişi üzrə hazırlıq işləri gedir.

Bildirək ki, müəssisənin soyuducu anbarına məhsul qəbul edilməzdən öncə laboratoriyadan keçirilir. Məhsulun tərkibində pestisidlərin miqdarı normadan artıq olduqda isə məhsul qəbul edilmir. Bu da dolayısıyla ekoloji təmiz məhsul istehsalına təkan verir.

Qeyd edək ki, N.A.A. Agrotara MMC yaxın vaxtlarda yeni göyərti və tərəvəz saxlama kamerası, bütün meyvələrdən 30 cür sirkə, mürəbbə, marmalad və cem istehsal edən zavod işə salacaq. Bununla tədarük edən şəxslər istisna olmaqla azı 60 nəfər iş yeri ilə təmin olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.