Cəmiyyət

Həyat yoldaşınız və ya qardaşınızın siqaretin zərərlərini azaltmaq istəyir?

24 May 2024 10:00
Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibb işçiləri bir mənalı olaraq belə deyir: siqaret çəkməyi tamamilə tərgitmək - ən düzgün qərardır. İstənilən şəxs buna nail ola bilər, təəssüf ki, hər kəs siqaret çəkməyi tərgitməyə nail ola bilmir. Hansı alternativlər mövcuddur?

Uğur hər yeni günə siqaret çəkməklə başlayır. Bu, gün ərzində demək olar ki, çəkib bitirəcəyi siqaret qutusunun ilki sayılır. Ayda təqribən 100 manatdan çox siqaretə pul xərcləyir - bu isə aylıq maaşın 10%-ini təşkil edir. Üstəlik, bəzən dənizkənarı bulvarda axşam vaxtı qəlyan da çəkir. Uğur həyat yoldaşının onu düşünərək söylədiyi - "həm sağlamlığına ziyan vurursan, həm də əlavə pul xərcləyirsən" - sözlərinə məhəl qoymadan siqareti tərgitməyə cəhd etmir. "Uğur" adı "şans" mənasını daşıyır - görünür, o da bu şansa inanır.

Uğur tək istisna deyil - belə düşünən insanların sayı çoxdur. Azərbaycanda hər üç kişidən biri siqaret çəkir. Düzünü desək, hamının bəxti gətirmir - Azərbaycanda ildə ağciyər xərçəngindən ölənlərin sayı min- min beş yüz nəfər arasında dəyişir. Lakin ölkədə siqaret çəkənlərin sayı çox yavaş- təqribi 0,2-0,3% azalır.

Bəs digər ölkələr "siqaret epidemiyasına" necə qalib gəlib? Misal üçün azərbaycanlılar isveçlilər, britaniyalılar və ya yaponlardan bu haqda nə məlumat əldə edə bilər?

İsveçlilərin seçimi - snyusdur.

İsveçdə snyus adı ilə tanınan çeynənilən tütün üstünlüyə malikdir. Hətta dənizçilik dövründən bu yana İsveç mədəniyyətinin bir hissəsinə çevrilmişdir.

İsveçin uzun müddətdir davam edən tütün çeynəmə ənənəsi isveçlilərin əhəmiyyətli bir hissəsinin siqareti snyus ilə əvəzləməsinə dəstək oldu və ölkədə siqaret istifadəsini demək olar ki, 5%-ə endirərək ölkənin rəsmi olaraq "tütündən azad" statusunu qazanmasına nail oldu. Bu Avropa və dünyada siqaret çəkmək üzrə ən aşağı göstərici sayılır.

Elə bu səbəbdən İsveçdə xərçəng xəstəliyinə tutulanların sayı hal-hazırda Avropa İttifaqının digər ölkələrinə nisbətən 41% aşağıdır. Habelə  insult, ürək və ağciyər xəstəlikləri, emfizem və xroniki bronxit kimi siqaretlə bağlı digər xəstəliklərdən ölənlərin sayı Aİ-nın digər ölkələrinə nisbətən 40% aşağıdır.

Britaniyalıların seçimi - elektron siqaretlərdir

Son 40 ildə Böyük Britaniyada siqaret çəkənlərin sayının 46%-dən 19%-ə endirilməsinə nail olunub. Fərqli səbəblər olmasına baxmayaraq (siqaretin kifayət qədər yüksək qiymətləri də daxil olmaqla) son 5-7 il ərzində siqaret çəkənlərin sayının birdən-birə azalması elektron siqaretlərin - yəni vapelərin istifadəsi ilə əlaqədardır.

Üstəlik, Britaniyada ,hətta həkimlər belə siqareti tərgitmək istəməyən şəxslərə elektron siqaretləri tövsiyyə edir.

Yaponların seçimi - qızdırılantütündür

Yaponiyada 5 il ərzində - 2016-cı ildən 2020-ci ilədək siqaret satışı 5 dəfə azalıb. Tədqiqatlar nəticəsində məlum olub ki, əsas səbəb - tüstüsüz tütünün qızdırılması üsulunun yerli bazara daxil olması olub.

Əlbəttə, həkimlər sağlamlığa heç ziyan vurmayan tütün və nikotin tərkibli məhsulların mövcud olmadığını bəyan edir. Deməli, siqaret çəkmirsinizsə - başlamamağınız məsləhətdir. Əgər siqaret çəkirsinizsə - ən qısa müddətdə tərgitməyiniz məsləhətdir. Əgər tərgitmək niyyətiniz yoxdursa - sağlamlığa daha az ziyan vuran alternativlərlə əvəzləməyiniz məsləhətdir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.