Cəmiyyət

Füzuli sakinlərinə ŞAD XƏBƏR

2 May 2024 14:40
Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan öz suverenliyini bərpa edib və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlanılıb".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" adlı panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, fondları da bu işlərdə Azərbaycana töhfə verməyə hazırdır:

"Burada olmaqdan çox məmnunam. Sülh təşəbbüsünü alqışlayıram. Türk mədəniyyətinin qorunması çox vacibdir. Bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib. Bərpa işlərinə başlanılıb. Çalışmalıyıq mədəni irsimiz qorunub saxlanılsın. Fond Füzulidə yerləşən Qoçəhmədli kəndini bərpa etməyə hazırlaşır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.