Cəmiyyət

“Tələbələr təhsilləri ilə yox, saqqalları ilə fərqlənməyə çalışırlar”

30 Aprel 2024 18:07
Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi Bakı Biznes Universitetində bir qrup tələbə saqqal saxladıqlarına görə dərsə buraxılmayıb.

Universitetin Mətbuat Xidmətindən bildirilib ki, bu, Bakı Biznes Universitetinin daxili qaydasıdır və ildə bir neçə dəfə tələbələrə belə bir xəbərdarlıq edilir. 

Maraqlıdır, saqqal təhsil meyarıdır? Atılan addım doğrudurmu? 

Milli.Az bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyevin məsələyə yanaşması daha fərqli olub. O, bildirib ki, təhsil konservativ sistemdir və elə ölkələr var ki, mühafizəkarlığı qoruyub saxlayırlar: 

"Ümumiyyətlə, təhsil sistemi nizam-intizam tələb edir. Biz təhsil alan zaman heç kim üzü tüklü universitetə ayaq basa bilməzdi. İndi siqaret çəkən tələbələrin çoxu kötüklərini küçəyə atırlar, saqqal saxlamaq məsələsində də eyni yanaşmanı görürük. Tələbədə, şagirddə müəyyən nizam-intizam olmalıdır ki, onda xarakter formalaşsın. Əvvəlcə xarakter formalaşmalı, sonra təhsil verilməlidir. 

Tələbə səliqəli olmalıdır. 

Əvvəllər tələbələr zəkası ilə fərqlənmək istəyirdisə, indi saqqala görə seçilməyə çalışırlar. "Tələbə azadlığı"ndan danışırlar. Bəli, tələbə azad olmalıdır. O, ali məktəbə çıxdıqdan sonra azaddır, istədiyi məşğuliyyəti edə bilər. 

Ancaq tədris ocağı məhdud vaxtla kifayətlənir, ona görə nizam-intizam şərtdir. Ali təhsili bitirdikdən sonra tələbələr istədikləri imici saxlaya bilərlər. Amma təhsil alınan dövrdə intizamı qorumaq lazımdır". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.