Kirayə evə görə vergini kim ödəməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı?
Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxsa kirayəçi?
"Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə, icarəhaqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə özü vergini ödəyir. Bunun üçün ev sahibi vergi uçotuna alınıb bəyannamə verir. Bu, o deməkdir ki, evini 400 manat kirayə vermiş şəxs aylıq 56 manat vergi ödəməlidir.
Evi kirayəyə götürən şəxs vergi ödəyicisi olduğu halda isə ev sahibinə ödədiyi icarəhaqqından 14 faizini vergi olaraq çıxaraq yerdə qalanını ev sahibinə ödəməlidir. Bu halda kirayəçi 400 manatın 56 manatını çıxıb qalan 344 manatı ev sahibinə ödəyəcək. Belə vəziyyətdə ev sahibinin vergi uçotuna alınıb bəyannamə verməsinə də ehtiyac yaranmır. Vergi ödəyicisi olduğu üçün bu işi kirayəçi edəcək.
Əgər evin sahibi hüquqi şəxsdirsə, kirayəçi fiziki şəxsin vergi ödəyicisi olub-olmamasından asılı olmayaraq kirayəhaqqından ödəmə mənbəyində vergi tutulmur. Bu halda hüquqi şəxs olan evin sahibi kirayə haqqının 20 faizi məbləğində mənfəət vergisi ödəyir. Başqa sözlə, 400 manatın 80 manatını vergi olaraq ödəməli olacaq.
Bir sözlə, evin kirayə verilməsinə görə vergi onun sahibinə çatacaq vəsait hesabına ödənməlidir. Lakin təcrübədə əksər hallarda tərəflər öz aralarında razılaşaraq vergidən yayınmağa çalışırlar. Aydın məsələdir ki, ev sahibi vergi ödəməli olacaqsa, bu, kirayə haqqına təsirsiz ötüşməyəcək.
Bəs vergi uçotuna alınmadan mənzilin kirayə verilməsi nə ilə nəticələnə bilər?
Vergi Məcəlləsinin 58-ci maddəsinə görə, vergi orqanlarında uçota düşməməyə görə 40 manat məbləğində maliyyə sanksiyası (cərimə) tətbiq edilir.
Həmçinin vergi ödəyicisinə əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına müəyyən olunmuş müddətdə hesabat təqdim etmədiyinə görə də 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Verginin hesabatda göstərilən məbləği real məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu, o deməkdir ki, azaldılmış və ya yayındırılmış vergi 500 manatdırsa, bu məbləğ büdcəyə ödənilməklə bərabər, 250 manat da cərimə tətbiq olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
XƏBƏR LENTİ
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)





