Cəmiyyət

Bakıda tarixi bina təhlükəli vəziyyətdədir - VİDEO

8 Aprel 2024 10:26
Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonu, Oksigen küçəsində yerləşən 131 yaşlı tarixi bina təhlükəli vəziyyətdədir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər bildiriblər ki, təhlükəli vəziyyəti nəzərə alaraq ailələrin bir qismi məcburi olaraq binadan köçüblər.

Yağışlı və küləkli günlərdə isə binada vəziyyət daha da təhlükəli olur.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yaşayış məntəqəsi qəzalı binalar siyahısındadır və bununla bağlı müvafiq qurumlara məlumat verilib.

Nazirlər Kabinetinin qərarından sonra sakinlər ərazidən köçürüləcəklər. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.