Cəmiyyət

“Telegram”da qadın HİYLƏSİ: görüşə çağırıb döydürtdü - BAKIDA

3 Aprel 2024 14:44
Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakini olan K.Cəfərov (ad soyad şərtidir) bir neçə gün əvvəl naməlum şəxslər tərəfindən döyülüb və onun 400 manat pulu talanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki bu barədə zərəçəkən polisə məlumat verib.

Zərərçəkən başına gələn hadisənin təfərrüatları barədə danışan zaman maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, zərərçəkən hadisədən əvvəl "Telegram" kanallarının birində tanımadığı şəxslə mübahisə edib. Qarşı tərəf məsələni aydınlaşdırmaq üçün onu görüşə çağırsa da, K.Cəfərov bundan imtina edib. Amma elə həmin "Telegram" kanalında bir xanımın onunla tanış olmaq üçün göndərdiyi təklifə K.Cəfərov "yox" deyə bilməyib.

Lakin zərərçəkən qadının mübahisə etdiyi şəxsin tanışı olmasından xəbərsiz olub. O, görüş üçün getdiyi metronun "Gənclik" stansiyasının yaxınlığında "Telegram"da mübahisə etdiyi şəxslə və onun dostları ilə üzləşməli olub. Onlar K.Cəfərova əvvəlcə Nərimanov, daha sonra Binəqədi rayonu ərazisində fiziki güc tətbiq edərək pulunu ələ keçiriblər.

Zərərçəkənin müraciəti əsasında Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Gündüz Pirməmmədov, Elvin Xudiyev, Elməddin Quluzadə, Əli Quliyev və bir nəfər qadın qısa zamanda müəyyən olunaraq saxlanılıblar.

Hazırda araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.