Cəmiyyət

Ramin Bayramlı milyonluq şirkətini satdı

2 Aprel 2024 17:06
Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının "SPEKTR MED" şirkəti ondan alınıb.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə "Avromed" şirkətinə verilib.

Qeyd edək ki, Ramin Bayramlı TƏBİB-ə sədr təyin edildikdən sonra "SPEKTR MED" (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vasitəsilə həyata keçirib.

COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının "SPEKTR MED" şirkəti vasitəsilə həyata keçirilib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.