Cəmiyyət

“Prius”lar bir gecədə kəskin ucuzlaşdı - Yeni qiymət - FOTO

29 Mart 2024 11:05
Baxış: 3 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub.

Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək.

Bu da ölkəmizdə taksi fəaliyyəti ilə kütləvi məşğul olan "Prius" markalı avtomobillərin qiymətinin enməsinə və satılmasına səbəb olub.

Belə ki, əvvəllər qiyməti 12 000 - 15 000 manat arası dəyişən "Prius" markalı avtomobillər alıcılara 10 000 - 10 500 manat arası təklif olunur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.