Cəmiyyət

"Bilən də, bilməyən də hay-küy salır, parkinq ona görə bahalaşıb ki..." - Ekspert

27 Mart 2024 11:34
Baxış: 1 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının mərkəzində yeni parkinq qiymətləri əksər şəxslərin narazılığına səbəb olub. Belə ki, Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib. Bildirilib ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

Parklanma qiymətləri bu formadadır:

15-30 dəqiqə - bir manat, 30-60 dəqiqə - iki manat, 1-2 saat - dörd manat, 2-3 saat - altı manat, 3-5 saat - 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat - 22 manat, 15-20 saat - 26 manat, 20-24 saat - 30 manat. Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Bir çox vətəndaşlar isə sözügedən qiymətlərin minimum aylıq əmək haqqına adekvat olmadığını vurğulayır.

Milli.Az bildirir ki, sfera.az-ın məlumatına görə, məsələyə münasibət bildirən yol məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, müasir şəhərsalma prinsiplərində, xüsusən də hava limanları, dəmiryolu vağzalları ərazisində parklanma qiymətləri baha olur:

"Sanki hamı hər gün səhərdən axşamacan 28 Maya - Dəmiryolu Vağzalına gedib orada maşın park edir. Bilən də, bilməyən də hay-küy salır...Sözügedən qiymətlərin baha olma səbəbi odur ki, həmin parkinqlər daim dolu olmasın və hava limanı, vağzallardan istifadə edənlər rahat olsun. İndi oradakı şərait taksilər üçün daha rahat olacaq, müştərini mindirib-düşürüb tez çıxsa, ödəniş etməyəcək".

Ekspert bildirib ki, qiymət ucuz olanda bütün maşınlar əraziyə dolacaq:

"Onda da sərnişinlər narazılıq edəcək ki, qatarla adam yola salanda əraziyə girmək olmur, kimisə qarşılayanda yer tapılmır və.s. Bəs indi nə edək? Yük boşaldıb aparan, şəxsi maşından istifadə etməyən insanlar önəmlidir, yoxsa sutkalıq parkinq davası edənlər? Həmin ərazidən kənarda normal qiymətə adi parkinqlər də var. Azdırsa çoxaltmaq lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.