Cəmiyyət

Fransada müsəlmanların terrorizmlə əlaqəsi barədə şübhələr yaradırlar- Britaniya təmsilçisi

9 Mart 2024 14:15
Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslamofobiya ilə uğurla mübarizə aparmaq üçün müxtəlif ölkələrin səylərini birləşdirmək lazımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" adlı beynəlxalq elmi konfransın Böyük Britaniyadan olan iştirakçısı Ceyms Çarlz Lourens Volfreys deyib.

O qeyd edib ki, islamofobiyaya qarşı mübarizə aparmaq üçün bu sahədə müxtəlif ölkələrin təcrübəsini öyrənmək vacibdir.

"Bu cür konfranslar xüsusi əhəmiyyət kəsb edir və belə təcrübə mübadiləsi üçün lazımi platforma yaradır", - Vulfreys bildirib.

Onun sözlərinə görə, islamofobiya müxtəlif ölkələrdə fərqli şəkildə özünü göstərir, lakin damğalanmanın oxşar dinamikası və cəmiyyətlər arasında müşahidə tələbləri var.

"Məsələn, Fransada ictimaiyyəti müsəlmanlara qarşı ayıq olmağa vadar etməyə çalışırlar, xüsusilə də müsəlman icmasının terrorizmlə əlaqəsi barədə şübhələr yaradırlar. Bu yaxınlarda Böyük Britaniyada da oxşar tədbirlər görülüb", - o əlavə edib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.