Cəmiyyət

Qadın xilasedici: Kişi tələb etdi ki, hamilə yoldaşını ancaq qadın xilas etsin

8 Mart 2024 14:31
Baxış: 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsan həyatını xilas etmək çox önəmli, təhlükəli, eyni zamanda şərəfli işdir.

Bunu 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində "Report"a müsahibəsində mütəxəssis-xilasedici Gülnarə Əliyeva deyib.

G.Əliyeva 2007-ci ildən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində çalışır. Çevik və insansevər olması onu bu peşəni seçməyə sövq edib: "Artıq 17 ildir ki bu işlə məşğulam. İnsan həyatını xilas etmək çox önəmli, təhlükəli, eyni zamanda şərəfli bir işdir".

Həmsöhbətimiz bildirib ki, evli olması onun işinə heç vaxt maneə törətməyib: "Həyat yoldaşım işimlə bağlı hər zaman yanımda olub. İki övladım var, onlar hazırda idmanla məşğul olurlar. Mən işimi çox sevirəm. Qızlarımın da bu peşəni seçməsini istəyərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.