Cəmiyyət

Türkiyəyə işləməyə gedən Həmid Məhərrəmov itkin düşdü

26 Yanvar 2024 17:12
Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə azərbaycanlı gənc itkin düşüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə onun valideyni sosial şəbəkədə məlumat paylaşıb. Məlumata əsasən, 22 yaşlı Həmid Məhərrəmov 4 gün əvvəl işləmək üçün Türkiyəyə gedib. Bakı aeroportunda polis əməkdaşları gəncin yaxınlarına Həmidin İstanbul şəhərinə uçduğunu bildiriblər.

Bundan sonra 4 gündür ki, ailəsi ondan xəbər ala bilmir.

H. Məhərrəmovun atası Türkiyədə onu görən həmyerlilərimizdən məlumat vermələrini xahiş edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.