Cəmiyyət

Ciddi diqqət yetirilməlidir - Əhaliyə XƏBƏRDARLIQ - VİDEO

13 Yanvar 2024 23:35
Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hidrometeroloji proqnozlara əsasən, qarşıdakı günlərdə ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında qeyri-sabit və şaxtalı hava şəraiti gözlənilir.

Bu günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan qorunmasına ciddi diqqət yetirilməlidir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Milli.Az-a verilən xəbərə görə,  fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı saxlanmalı, sayğac qutusunun içi ağac yonqarı ilə mühafizə olunmalıdır. Eyni zamanda fərdi həyət evlərində açıq boruların izolyasiya edilməsi vacibdir. 

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı 24 saat fəaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.