Cəmiyyət

Azərbaycanda doğuş zamanı ana öldü

9 Yanvar 2024 18:38
Baxış: 1 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ölüm hadisəsi baş verib.

Milli.Az azxeber.com-a istinadla bildirir ki, rayonun Bünyadlı kənd sakini 1989-cu il təvəllüdlü Məmmədova Məhsəti Yusif qızı Beyləqan rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə müraciət edib.

Səhər saatlarında icra olunan doğuşdan sonra ana qanaxma səbəbindən dünyasını dəyişib, körpə isə sağdır. Oğlan uşağı dünyaya gətirən ananın doğuşdan sonra vəziyyəti ağırlaşıb. Həkimlərin səyinə baxmayaraq ana həyatını itirib.

Mərhumun yaxınlarının verdiyi məlumata görə bu, ananın dördüncü hamiləliyi olub. Yeni doğulan körpədən əlavə, ailənin üç azyaşlı övladı daha var.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ana bu gün dəfn olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Faktla bağlı araşdırma aparılır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.