Cəmiyyət

Qazinin iddiaları ilə bağlı rəsmi açıqlama - FOTO

30 Dekabr 2023 14:22
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində sürücülük hüququ olmadan avtomobil idarə edən 1989-cu il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı Xəzər Abdullayev işıq dirəyinə çıxaraq əsassız və qərəzli iddialar səsləndirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, X.Abdullayev sürücülük hüququ olmada ayrı-ayrı avtomobillərlə hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratdığına görə polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Daha əvvəl də bu hərəkətlərə yol verən X.Abdullayevlə polis əməkdaşları profilaktiki iş aparılmaqla bu qanun pozuntusuna yol verməməyi onun diqqətinə çatdırılıb.

Lakin, X.Abdullayev edilən xəbərdarlıqlara məhəl qoymayıb, qanunamüvafiq tədbirlərdən nəticə çxarmayıb, təkrarən sürücülük hüququ olmadan, həmçinin konstruksiyası dəyişdirilən və əlavə avadanlıqlar quraşdırılan avtomobili idarə edərək insanların həyat və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verib.

Buna görə də o, yenidən polis əməkdaşları tərəfindən saxlanılıb və avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Onun hərəkətlərinə adekvat olaraq zəruri tədbirlər polis tərəfindən görülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.