Cəmiyyət

Pavel Yelizarov Qubada Anatoliy Rafailov və David Seliverstov ilə görüşdü

26 Dekabr 2023 12:26
Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədr müavini, Ümumisrail Dağ Yəhudiləri Assosiasiyasının sədri, Parlament Lobbisinin direktoru Pavel Yelizarov Azərbaycanın Quba rayonuna səfər edib.

Səfər çərçivəsində, 53 saylı Quba-Qusar seçki dairəsi üzrə Milli Məclisin deputatı Anatoliy Rafailov və Ümumisrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Magen David Group-un direktoru David Seliverstov arasında görüş keçirilib. 

Görüş zamanı, Anatoliy Rafailov bildirmişdir ki, dünyanın bir çox ölkələrində antisemitizm yüksəldiyi təqdirdə Azərbaycanda yəhudi icması sülh və əmin-amanlıq şəraitində yaşayır. Yəhudilər Azərbaycan vətəndaşı olaraq, antisemit münasibət ilə rastlaşmır, Azərbaycan xalqından həmişə dost və mehriban münasibət görür.

Anatoliy Rafailov onuda qeyd etdi ki, 2023-cü il Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması, tarixi ədalətin Zəfər çalmasıdır. Hal-hazırda Azərbaycanın Ermənistana sülh əlini uzadaraq, qonşuluq münasibətlərinin normallaşdırılmasına addım atmağı dünyaya sülh mesajı ötürür. 

Pavel Yelizarov öz növbəsində, Azərbaycan nümayəndəliyinin sədri ilə mütəmadi olaraq, onlayn rejimdə, əlaqə saxlaması Azərbaycanda multikulturalizm və tolerantlıq mühitinin harmoniyasını öz gözləri ilə görüb və şahidi olması, yəhudilərin təhlükəsizlik şəraitində yaşamasını sevindirici hal olduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.