Cəmiyyət

Azərbaycanda kredit faizləri niyə yüksəkdir?

29 Noyabr 2023 10:02
Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Bankın açıqladığı son məlumata görə, banklardakı əmanətlərin orta faizi 3,55 olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, manatla olan əmanətlərin orta faiz dərəcəsi 4,89, xarici valyutada 1,07 faiz təşkil edib.

Banklara yeni qoyulmuş müddətli vəsaitlər isə ortalama 7,31 faizlə qəbul edilib. Bununla belə, maliyyə qurumları bu dövrdə kreditləri orta hesabla 15,79 faizlə veriblər.

Maraqlıdır, əmanət və kredit faizləri arasında niyə bu qədər fərq var?

Millət vəkili Vüqar Bayramov kredit faizlərinin yüksək olmasını depozit faizlərinin dərəcəsi ilə əlaqələndirib.

Deputat deyir ki, faizlərin yüksək olması kreditlərin qaytarılmasında problemlər yaratmaqla yanaşı, onlara əlçatanlığı da azaldır.

Ekspertlər bildirirlər ki, faizlərin yüksək olmasının başlıca səbəbi kredit risklərinin yüksək olmasıdır.

Faizlərin azalması üçün banklararası rəqabət artmalı, risklər azalmalı, bazara daha ucuz vəsaitlər daxil olmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.