61 yaşlı qadın 10 il əvvəlki əməlinə görə ağır cəza aldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir qrup azərbaycanlı qadını Türkiyədə fahişəliyə cəlb etməkdə ittiham olunan 61 yaşlı Elnarə Əsədovanın (ad-soyad şərti) cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iş Bakı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Müttəhim tanıdığı ümumilikdə 18 nəfər qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə onları dövlət sərhədindən keçirməkdə ittiham olunub. Daha sonra o, qadınlara hədə-qorxu gəlib, onların pasportlarını əllərindən alaraq cinsi istismara məcbur edib.
Cinayət əməli 2013-2014-cü illərdə törədilib. Həmin vaxt təqsirləndirilən şəxs 52-53 yaşlarında olub. Xanım müttəhim zərərçəkmişlərə Türkiyənin Yalova şəhərində cins paltarlar istehsal edilən fabrikdə işə düzəldəcəyini, bizim pulla gündəlik 15-20 manat qazanacaqları barədə yalan vəd verib. O, 2022-ci ildə cinayət məsuliyyətinə cəlb edilib. Lakin ibtidai istintaq dövrü müddətində həbsdə olmayıb, barəsində başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri seçilib.
E.Əsədovanın ifadəsindən məlum olub ki, o, özü də əvvəllər Yalova şəhərində fahişəliklə məşğul olub. Müttəhim verilmiş ittihamla özünü təqsirli bilməyərək, "zərərçəkmiş qadınlar əvvəlcədən Türkiyəyə nə məqsədlə getdiklərini bilirdilər, hər şeyi əvvəlcədən danışırdıq" deyib.
Zərərçəkmişlər isə təqsirləndirilən şəxsin dediklərini inkar edib, aldadıldıqlarını deyiblər.
Məhkəmə kollegiyasının hökmü ilə E.Əsədova insan alverində təqsirli bilinərək 8 il 3 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir





