Cəmiyyət

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunub

19 May 2010 16:09
Baxış: 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, 36 maddə və 7 fəsildən ibarət qanun layihəsində fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları, əməkdaşların sosial müdafiə məsələləri, işə qəbul və xidmətə xitam vermə qaydaları, rütbələr, dərəcələr və s. əksini tapıb: "Fövqəladə Hallar Nazirliyi (FHN) çox qısa bir müddətdə həm maddi-texniki, həm də elmi baza ilə təmin edilmiş olsa da, indiyədək qurumda xidmətkeçmə haqqında qanun yox idi. Hazırda biz bu məsələni müzakirə edə bilərik ki, FHN-in hüquqi mənada tam, yüksək səviyyədə fəaliyyəti üçün artıq normativ baza yaradılmış olsun".

Çıxış edən deputatlar rəy və təkliflərini söyləmiş, mükəmməl qanun layihəsinin hazırlandığını diqqətə çatdırıblar.

Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

/AzərTAc/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.