Cəmiyyət

Cənnətə ən axırıncı kim daxil olacaq?

19 Noyabr 2023 02:00
Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qiyamət günü Uca Allah öz bəndələri arasında hökm verdikdən sonra bəzi insanları günahkar olduqlarına görə Cəhənnəmə göndərəcək. Onlar orada bir müddət əzab gördükdən sonra Cənnətə gətiriləcəklər. Peyğəmbər salləllahu aleyhi və səlləm həmin insanların ən axırıncısı haqda belə demişdir: "Mən Cəhənnəmdən ən axırıncı çıxanı və Cənnətə ən axırıncı daxil ola­nın kim olacağını bilirəm. O kişi Cəhənnəmdən sürünərək çıxacaq və Uca Allah ona buyuracaq: "Get, Cənnətə gir!"
O, Cənnətə girə­cək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: "Ey Rəbbim! Mən Cənnəti dolu gördüm".
Uca Allah ona buyuracaq: "Get, Cənnətə gir!"
O, yenə Cənnətə girəcək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: "Ey Rəbbim! Mən Cənnəti dolu gördüm".
Allah ona buyuracaq: "Get, Cənnətə gir! Dünya və onun on misli sənindir və ya dünyanın on misli sənindir!"
O deyəcək: "Sən Hökmdar ola-ola mənə gülür­sən?"
İbn Məsud dedi: "Gördüm ki, Allah Elçisi güldü, hətta azı dişləri göründü. Allah Elçisi buyurdu: "Bu, Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olandır"- deyiləcək". (Muslim, 308).

Həmçinin, digər rəvayətdə Allah Elçisi demişdir: "Mən Cəhənnəmdən ən axırıncı çıxanın və Cənnətə ən axırıncı daxil olanın kim olacağını bilirəm. Qiyamət günü o, Allahın hüzuruna gətiriləcək və belə deyiləcək: "Onun kiçik günahlarını ona bildi­rin, böyük günahlarını isə əməl dəftərindən silin".
Kiçik günahları ona bildiriləcək və belə deyiləcək: "Sən filan gün bunları etdin, filan gün bunları etdin".
O: "Bəli"- deyə cavab verəcək və ona bildirilən günah­ların böyüklüyündən qorxduğuna görə onları inkar edə bilməyə­cək.
Bu vaxt ona belə buyuru­lacaq: "Hər günahının yerinə sənin üçün bir savab vardır".
O deyəcək: "Ey Rəbbim! Mən elə şeylər etmişəm ki, onları burada görmü­rəm!?" (Bunu danışanda) gördüm ki, Allah Elçisi­ güldü, hətta azı diş­ləri göründü". (Muslim, 277).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.