Azərbaycanda bu xidmətlər ucuzlaşacaq? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklə, gələn ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75% azaldılacaq.
Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi tətbiq olunacaq güzəştin təsirlərini "Ölkə.Az"a şərh edib. O bildirib ki, vergi güzəştləri daha çox dəyəri yüksək və yeni daşınmaz əmlakı olan müəsissələr üçün faydalı olacaq:
"Qərarda qeyd edilir ki, güzəşt mehmanxana və sanatoriya-kurort müəsissələrinə şamil olunur. Yada salmaq istərdim ki, qanunvericiliyə əsasən azı 11 otağı olan yerləşdirmə vasitəsi hotel adlanır, sanatoriya-kurort müəsissələrinin əksəriyyəti isə ölkədə iri müəsissələrdirlər".
Ekspertin sözlərinə görə, güzəşt hotel qiymətlərinin aşağı enməsinə səbəb ola bilər:
"Qənaət edilən vəsaitlər qiymətlərin azalmasına qətirib çıxara bilər. Yaxud müəsissə tərəfindən inkişafa, personalın təkmilləşməsinə, xidmətlərin keyfiyyətinin yüksəlməsinə və yeni müştəri bazasının əldə edilməsinə yönələ bilər".
S. Dübəndi hotelçilik sahəsində mövcud problemlərə də toxunub: "KOB biznesin inkişafı istiqamətində ölkədə bir sıra faydalı proqramlar həyata keçirilir. Buna baxmayaraq, məsələn, kiçik hotelçiliyin, turizm biznesinin inkişafı üçün ixtisaslaşmış kreditlər tətbiq edilmir. Bu, çox vacibdir. İnkişaf üçün biznesin kreditləşməsi zəruridir.
Digər tərəfdən bir sıra sosial-iqtisadi alətlərdən istifadə edərək regional turizmi canlandırmaq perspektivlərini unutmamalıyıq. Məsələn, yerləşdirmə vasitələrində təklif edilən 3 gecəlik paketin 1 gecəsini dövlət subsidiyası ilə ödəyərək regional səfərləri stimulaşdırmaq mümkündür".
"Ölkədə həmkarlar ittifaqı sistemində bu və ya digər sahələrdə çalışan insanların asudə vaxtının, istirahətinin və müalicəsinin, rekreasiyasının təşkilinin təmin edilməsi məqsədilə yalnız adı gedən qurumun tabeliyində olan yerləşdirmə, sanatoriya-kurort müəsissələrilə çalışmaqlarını görürük. Bu sistemi digər regional yerləşdirmə vasitələri üçün də tətbiq edib, bu sistemi genişləndirmək mümkündür.
Düşünürəm ki, bunların üzərində çalışmaqa dəyər", - deyə ekspert əlavə edib.
Turizm sahəsi üzrə ekspert Ruslan Quliyev isə deyir ki, vergi güzəştləri ilə bağlı aparılan siyasət turizmin inkişafına töhfə verir:
"3 il müddətinə güzəştlərin tətbiq olunması, hotel və sanatoriyaların maya dəyərinə təsir etməklə onların yerli və xarici bazarda rəqabət qabiliyyətini artıracaq. Daha çox turist kütləsi cəlb etməklə, müəssisələrin gəlirliyini təmin edəcək".
"Turizm müəssisələrinin təsərrüfat fəaliyyətindən əldə olunan gəlirin ÜDM-də payının artmasına səbəb olacaq", - ekspert əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Pensiya alanlara şad xəbər
XƏBƏR LENTİ
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama





