Cəmiyyət

Siqaret və alkoqollu içkilərlə bağlı yeni qaydalar

15 Noyabr 2023 07:08
Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin 2024-cü il üçün büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi ilə bağlı noyabrın 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Vergi Məcəlləsinə dəyişikliyə əsasən, aksiz dərəcəsi nazik siqaretlərin hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.

Alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün aksiz dərəcəsi 16 manat təşkil edəcək.

Hazırda isə aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata çatdırılır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.