Təvazökarlığn əlamət və nişanələri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təvazökarlığın on (10) əlaməti vardır. Təvazökar olmaq istəyənlər bu əlamətlərə yiyələnməlidirlər.
1. Birinci salam vermək.
Bəzi insanlar salam verməkdə təkəbbürlük edirlər, gözləyir ki, qarşı tərəf ona salam versin. Lakin təvazökar insanlar birinci salam verirlər.
Hədislərə əsaən sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih qarşısına çıxan hər kəsə salam birinci verərdi. Heç kim o həzrətə birinci salam verməyə fürsət tapmırdı. Hamıya qismət olan yalnız Peyğəmbərin (s) salamına cavab vermək olardı.
Elə isə baxın, görün, hamıya ən əvvəl siz salam verməyə can atırsınızsa deməli təvazökarlığın bu əlaməti sizdə mövcuddur.
2. Mülayim danışmaq.
İnsanın davranış və danışıq tərzi çox şeyi göstərir, bəzən insan elə danışır ki, elə bil qarşı tərəfə öz elmini və ya hünərini göstərir. Amma təvazökar insan çox sakit bir şəkildə danışır.
Əxlaqi bəhslərdə dil və danışıq qəlbin aynası, ağılın nümayəndəsi, insanın şəxsiyyətinin açarı və ruha açılan mühüm qapı kimi yüksək əhəmiyyət daşıyır. Başqa sözlə, ruh aynasında görünənlər (düşüncə və hisslər) dil və danışıqda aşkar olur.
Əgər keçmişdə təbiblər orqanizmin səhhətini xəstənin dili ilə müayinə edirdilərsə, müasir psixoloqlar əksər hallarda psixi gərginlikləri insanların danışıqlarında arayıb-axtarırlar!
Əxlaq alimləri də məhz dil və danışığın islahına xüsusi əhəmiyyət verir, onun islahını ruhi təkamül, fəzilət və əxlaqi səciyyə hesab edirlər.
Əhli-beytdən (ə) nəql olunan hədislərdə də bu mövzu qısa və diqqəti cəlb edən təbirlərlə açıqlanır. Aşağıdakı iki hədis bizim müddəamıza şahiddir.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
المرء مخبوء تحت لسانه
"İnsan öz dilinin altında gizlənib"
Nəhcül bəlağə 148-ci hikmət
Başqa bir hədisdə əmirəlmöminin Əli əleyhissalam buyurur:
وَ لَقَدْ قَالَ رَسُولُ اللَّهِ صلوات الله علیه:
لَا یَسْتَقِیمُ إِیمَانُ عَبْدٍ حَتَّى یَسْتَقِیمَ قَلْبُهُ
وَ لَا یَسْتَقِیمُ قَلْبُهُ حَتَّى یَسْتَقِیمَ لِسَانُه
"Həzrət Peyğəmbər səllAllahu əleyhi və alih belə buyurdu: -Bəndənin qəlbi düzəlməyincə imanı düzəlməz, eləcə də onun dili düzəlməyincə qəlbi düzəlməz!"
Nəhcül bəlağə 176-cı xütbə
3. Məclisdə özü üçün xüsusi bir yer axtarmamaq.
İnsan ictimai varlıqdır. İnsanlar adətən qonaqlıqlarda və müxtəlif səbəblər üçün tərtib olunan məclislərdə iştirak etməyə həvəslidirlər.
Təvazökar insanlar məclisə daxil olduqda harada gəldi əyləşirlər və özləri üçün xüsusi bir yer axtarışında deyillər. Onlar məclisin harasında otursalar belə özlərini tam rahat və razı hiss edirlər. Amma təkəbbürlü insanlar məclislərə daxil olanda xüsusi bir yer axtarır, məclisin aşağısında və ya kasıbların yanında oturmaqdan imtina edirlər. Ev sahibi və ya məclis yiyəsi onları yuxarı başqa oturtmadıqda qəzəblənirlər.
Hədislərdə oxuyuruq: "Peyğəmbər(s) məsciddə məclisi elə qurardı və özü də elə yerdə əyləşərdi ki, məclisin başı olmasın. Hətta Peyğəmbəri (s) tanımayan insanlar məscidə gəldikdə bilməzdilər ki, Peyğəmbər(s) oturanlardan hansıdır."
4. Mübahisələri və boş dedi-qoduları tərk etmək.
Təvazökar insanlar heç kimə bir faydası olmayan işlərdən, mübahisələrdən uzaq durarlar.
Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
من حسن الاسلام المرء تركه ما لا يعنيه
"İnsanın gözəl müsəlmançılığını göstərən səbəblərdən biri də faydasız işlərdən çəkinməsidir."
Vəsailuş şiə 12-ci cild 195-ci səhifə
5. Özünü tərifləməmək.
İmam Cəfər Sadiq əleyhissalam buyurur:
لا يصير العبد عبدا خالصا لله تعالى ، حتّى يصير المدح و الذّمّ عنده سواء
"İnsana onun təriflənməsi ilə pislənməsinin eyni təsiri olmayınca həmin insan kamala yetişməz."
Misbahuş şəriə və miftahul həqiqə 310-cu səhifə
Yəni boş yerə olunan tohmət insana mənfi təsir qoymamalıdır. Həmçinin insan təriflənərkən də özünü üstün hesab etməməlidir.
Əmirəlmöminin Əli əleyhissalam başqa bir hədisdə təqvalı insanları vəsf edərkən belə buyurur:
اذا زكى احد منهم خاف مما يقال له فيقول انا اعلم بنفسى من غيرى و ربى اعلم بى منى بنفسى: اللهم لا تواخذنى بما يقولون و اجعلنى افضل مما يظنون و اغفر لى ما لا يعلمون
"Onları tərifləyən birisi olarsa, həmin adamın dediklərindən qorxar və onu tərifləyən şəxsə belə deyərlər: -"Həqiqətən də mən özümü başqasından yaxşı tanıyıram və Rəbbim isə məni özümdən daha yaxşı tanıyır. İlahi, onların dediklərinə görə məni cəzalandırma. Məni onların zənn (güman) etdiklərindən daha üstün et. Onların bilmədiyi eyiblərimi bağışla".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
-
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi AÇIQLAMA
-
Əli Kərimliyə ağır İTKİ - FOTO
-
Boru partladı, ərazi su içində qaldı
-
Səbuhi Qasımov İspaniyada vəfat etdi
-
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həlak oldu
XƏBƏR LENTİ
-
Daha bir gəmidə virus aşkarlandı - 115 yoluxma
-
"Sovet dəmiryolçuları pərdələri çəkdilər": Tramp Bakı üzərindəki UFO-ları və "Apollon"a tutulan lazeri ifşa etdi
-
Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
-
Piyadanı təyyarə vurdu - FOTO
-
"El-Klasiko"dan əvvəl "Real Madrid" azarkeşləri üçün şad XƏBƏR
-
Başına dəhrə sancılan kişi təcili yardımda saatlarla telefonla oynadı
-
Mayda bu BÜRCÜLƏRİN mütləq bəxti gətirəcək
-
Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO
-
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTO
-
Bu vərdişlər infarkt riskini ARTIRIR
-
Zaqatalada iş adamını güllələyən SAXLANILDI - Yenilənib - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO
-
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi AÇIQLAMA
-
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib - FOTO
-
"Ölüm zonası"nda hərbçiləri robotlar əvəzləyəcək: 25.000 yerüstü....
-
İlhame Quliyevanı parodiya etdi - VİDEO
-
"Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"
-
İçi pulla dolu ödəmə terminalları oğurlandı - FOTO
-
Bu vitaminləri ehtiyacınız yoxdursa, içməyin - XƏBƏRDARLIQ
-
Əməkdar artistin arxiv görüntüsü YAYILDI - VİDEO
-
Çində ağaclara sistem qoşulur - VİDEO
-
Türk məşhur kirayə yaşadığı evdən ÇIXARILDI - FOTO
-
Qurban Qurbanovun biznes "İMPERİYASI": Görün nələri var...





