Cəmiyyət

Azərbaycanda şagirdlərin pirə aparılması müzakirə yaratdı - FOTO

19 Oktyabr 2023 18:32
Baxış: 1 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gündür Qazax rayonunun Cəfərli kənd tam orta məktəbinin şagirdlərinin rayondakı "dilək ağacı" pirinin qarşısında çəkdirdikləri foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, təhsil müəssisəsinin feysbuk hesabında paylaşılan foto tənqid olunub, məktəblilərin pirə aparılması qınanılıb.

Məsələ ilə bağlı Qafqazinfo Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət edib. Qurumdan cavab olaraq bildirildi ki, sözügedən foto məktəbin səhifəsində yanlışlıqla paylaşılıb: 

"Qazax rayon Cəfərli kənd tam orta məktəb tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib. Və həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi feysbuk səhifəsində paylaşılıb".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.