Cəmiyyət

Sosial şəbəkədə yeni dələduzluq üsulu

16 Oktyabr 2023 13:29
Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkədə yeni dələduzluq üsulu yayılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, insanlarda inam yaratmaq məqsədilə müxtəlif dövlət rəsmilərinin şəkilləri paylaşılaraq saxta müsahibə mətni yazılır. Və keçidə keçən ziyarətçiləri müxtəlif saytların saxta giriş səhifəsi qarşılayır.

Müsahibə mətnində qeyd olunan investisiya saytı tamamilə dələduzluq əməlləri üçün nəzərdə tutulub və hər hansı bir yatırım zamanı sizə geri ödəniş olunmur, üstəlik ödənilən vəsaitlər mənimsənilir.

Qeyd edək ki, bu və bunun kimi xəbərlərə inanmamağını, şəxsi məlumatlarınızı həmin keçidlərə daxil etməkdən çəkinməyiniz tövsiyə olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.