Qənirə Paşayevanın həyata keçməyən arzusu - Yaxını danışdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qənirə xanımın yeganə arzusu vardı, heyif ki, həyata keçmədi. Deyirdi ki, "pensiyaya çıxanda İstanbula daşınacam, Boğazın altında ev alacağam. Orada ömrümün sonuna kimi kitablarımı yazacağam". Təəsüflər olsun ki, onun bu arzusu həyata keçmədi".
Milli.Az bildirir ki, bu sözləri Qaynarinfo-ya əməkdar artist Elza Seyidcahan Milli Məclisin deputatı Qənirə Paşayevanın vaxtsız vəfatı haqqında danışarkən deyib.
O, bildirib ki, Qənirə xanım ölümü ilə xalqını, onu sevənləri məyus etdi:
"Qənirə xanımın 15-ə yaxın sözlərinə mahnı bəstələmişəm. Böyük bir yaradıcılıq yolu keçmişik. Mahnıların arasında ən çox sevdiyi də "Həyat, küsmə" idi. Deyirdi, istəmirəm insanlar küssün, intiharlar olsun. Doğrudan da bu mahnı nə qədər şəxsi intihardan döndərib. Amma Qənirə xanım qəfil gedişi ilə çox insanları həyata küsdürdü. Hamıya analıq edirdi, indi irili-xırdalı hamı anasız qaldı. Hətta öz doğma anasına da analıq edirdi"
Bəstəkar 2008-ci ildən 2015-ci ilə kimi Qənirə Paşayeva ilə bağlı xatirələri olduğunu qeyd edib:
"Onun ölümü Türk dünyasına itkidir. Azərbaycan xalqının övladıdır, amma Qənirə xanım Azərbaycan-Türkiyə dostluğunda böyük zəhməti var. Türkdilli ölkələri qarış-qarış gəzib, təbliğ edib. Hər dəfə özü ilə incəsənət xadimlərinini də səfərlərə aparardı, Azərbaycan musiqisini tərənnüm edirdi, ölkə siyasətini təbliğ edirdi. Mən deyərdim ki, indi o, dincəlir. Bakıdan rayona gedirdik, əlindən telefon düşmürdü, işləri telefonla da yoluna qoyurdu. Telefonlar onun beynini yorurdu. Qənirə xanım buna fikir vermirdi, təki kiminsə problemi həll olunsun. Nəinki öz bölgəsinin, hətta bütün Azərbaycan xalqının nümayəndələrinin, ona müraciət edən hər kəsin problemini yoluna qoymağa çalışırdı".
Elza Seyidcahan Qənirə xanımın inanclı biri olduğunu vurğulayıb:
"Allaha, ocaqlara, ziyarətlərə inanırdı. Yemirdi, amma yedizdirirdi. Öz payını da insanlara yedirərdi. Onu sevənlərə səbr diləyirəm. Bu gün Qənirə xanımın əsl kəfəni Azərbaycan bayrağı oldu".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib





