Cəmiyyət

Vardanyanın əmlakı müsadirə ediləcək, cəzası isə… - Vəkil

28 Sentyabr 2023 12:24
Baxış: 2 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün "Laçın" sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəmizi tərk etməyə çalışan rusiyalı milyarder, Qarabağda separatizmi və terrorçuluğu maliyyələşdirən Ruben Vardanyanın istintaqını DTX aparır.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ruben Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

"Müvəkkil" Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov bildirib ki, irəli sürülmüş ittihamlar içində 318.1-ci maddə istisna olmaqla, digər maddələr - 214-1, 279.3 - ağır cinayət kateqoriyasına aidddir:

"Şübhəsiz ki, bu, ilkin ittihamdır və istintaq zamanı onun fəaliyyətində digər ictimai təhlükəli əməllərin tərkib əlamətləri müəyyən edilə bilər. Bu isə onun məsuliyyətini daha da artıracaqdır.

Hazırkı maddələrlə isə Ruben Vardanyana cəza törədilmiş cinayətin məcmusuna görə veriləcəkdir. Beləliklə, R.Vardanyan əmlakı müsadirə edilməklə 15 ildən yuxarı cəza ala bilər".

Qeyd edək ki, Ruben Vardanyanın əmlakı 1,4 milyard dollar dəyərində qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.