Cəmiyyət

Sabiq baş həkim dələduzluqda ittiham olunur

31 İyul 2023 14:22
Baxış: 1 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gəncə Dəmir Yolu Xəstəxanası"nın sabiq baş həkimi Vidadi Seyidov cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, V. Seyidov 9 nəfərə yalan vəd verərək onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Keçmiş baş həkim barəsində əvvəl həbs qətimkan tədbiri seçilsə də, sonradan o, ev dustaqlığına buraxılıb.

Hazırda iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, V.Seyidov iki il əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinə məxsus "Gəncə Dəmir Yolu Xəstəxanası" MMC-nin baş həkimi vəzifəsindən azad olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.