Cəmiyyət

Ödənişlərin nağdsız həyata keçirilməsi özəl xəstəxanalarda xidmətlərin qiymətinə təsir edə bilərmi? - VİDEO

29 İyul 2023 16:46
Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ildən özəl xəstəxanalarda bir əməliyyat üçün 500 manatdan artıq ödənişlər nağdsız formada həyata keçirilir. Sözügedən qərar isə dövriyyələri şəffaflaşdırmaq üçün verilib.

Bəs həmin tibb müəssisələrində bu qaydalara əməl olunurmu və qərar səhiyyə xidmətlərinin qiymətlərinə təsir edibmi?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, tibb üzrə ekspert Adil Qeybulla deyir ki, özəl klinikalarda 500 manatdan artıq ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi gəlirlərə nəzarət baxımından mühüm addımdır.

İqtisadçı Xalid Kərimli də bildirir ki, bu qərar tibb xidmətlərinin qiymətini artıracaq heç bir səbəb formalaşdırmır.

O, əlavə edib ki, hökumət bu qərarla vergidən yayınma və digər neqativ halları məhdudlaşdırmağa çalışır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.