Cəmiyyət

Hava şəraiti istirahət məkanlarında durğunluq yaradıb - VİDEO

17 İyul 2023 16:53
Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsi səbəbindən rayonlardakı istirahət məkanlarında durğunluq yaşanır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hazırda bir sıra rayonlarda hava şəraiti qeyri-sabit keçir və bu vəziyyət  insanların istirahətinə, bölgələrə yollanmasına mənfi təsir göstərir.

Yerli turistlər istədikləri kimi gəzə bilmədikləri üçün heç yerə getmirlər, daha doğrusu, gedə bilmirlər.

Məsələn, bu gün bazar günü olmasına baxmayaraq, istirahət məkanlarından birində durğunluq müşahidə etdik. Hazırda bölgələrdə yerlərin 100-də 50-i istifadəsiz idi.

Mövzu ilə bağlı danışan turizm eksperti Rəhman Quliyev deyir ki, turist sayının azalması istirahət məkanlarında qiymətlərə də təsir edib. Hazırda qiymətlərdə 15-20% ucuzlaşma var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.