Cəmiyyət

Gəncədə oyun və istirahət meydançası zəbt edilərək bina tikilir? - İDDİA və RƏSMİ CAVAB - VİDEO

11 İyul 2023 14:31
Baxış: 1 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə 5 ədəd çoxmərtəbəli binanın sakinləri üçün nəzərdə tutulan oyun və istirahət meydançasının çəpərlənməsinə başlanılıb. Sakinlər iddia edir ki, onların etirazlarına baxmayaraq ərazidə yeni binanın tikintisi planlaşdırılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Gəncənin Mahrasa bağı yaşayış massivində yerləşən bir neçə binanın sakinləri iddia edir ki, şirkət inşaat işlərinə başlamaq üçün oyun meydançasını dağıdıb.

Sakinlərin sözlərinə görə, əslində MTK ərazidə tikinti işlərinə bir neçə ay başlamağa cəhd edib, ancaq onlar buna mane olmağı bacarıb.

Binanın arxa tərəfində də eyni sahibkar tərəfindən daha əvvəl  3 binanın tikildiyini deyən sakinlər bunu sağlamlıq üçün zərərli hesab edirlər.

Özünü "Səma - 4" MTK-nın nümayəndəsi kimi təqdim edən  Güllübəyim Səfərova isə ərazidə hələ ki, tikinti aparılmadığını və sakinlərin onun yerini zəbt etdiyini iddia edib.

Gəncə Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ərazi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarış əsasında "Səma - 4" MTK -ya 5 il müddətinə icarəyə verilib: "Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə hər hansı bir tikintinin aparılmasına icazə verilməyib. Belə bir cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.