Cəmiyyət

Bakının ən məşhur çimərlikləri - Qiymətlər

21 İyun 2023 08:59
Baxış: 2 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dəniz mövsümü artıq başlayıb. İnsanlar istirahət üçün paytaxt ərazisində yerləşən müxtəlif çimərlikləri seçir.

Milli.Az axar.az-a istinadən bəzi çimərliklərin qiymətini təqdim edir:

Glam Beach Baku. Giriş 8 manatdır. Oturacaqlı günlükdən istifadə edəcəksizsə, 2 nəfər üçün 30 manat ödəməlisiniz.

5 yaşına qədər uşaqlar ödənişsizdir. Kənardan yemək gətirmək olmaz.

Casablance Beach. Giriş 20 manatdır. 10 yaşına kimi uşaqlar üçün giriş ödənişsizdir.

Qiymətə dəniz istifadəsi, hovuz, duş, dəsmal daxildir.

Oturmaq üçün teras və kabinetlər mövcuddur.

Amburan Beach Club. Giriş həftəiçi 25, həftəsonu 35 manat təşkil edir.

Qiymətə duş, şezlonq, dəniz, hovuz, dəsmal və çətir daxildir. 10 yaşa qədər uşaqlar üçün giriş ödənişsizdir.

Ramada Baku. Giriş həftəiçi 20, həftəsonu 25 manatdır.

Qiymətə hovuz, dəniz, şezlonq, dəsmal daxildir. 6 yaşa qədər uşaqlar üçün giriş ödənişsiz, 6-12 yaş üçün həftəiçi 10, həftəsonu 12,50 qəpik təşkil edir.

Dalğa Beach Aquapark. Azərbaycan vətəndaşları üçün giriş günorta saat 13:00-a qədər 20 azn, 13:00-dan sonra isə 25 manatdır.

Qiymətə dəsmal, şezlonq, hovuz, çətir, attraksionlar daxildir. Əgər dolab istəsəniz, əlavə 10 manat ödəniş etməlisiniz. Uşaqlar üçün giriş 5 yaşa qədər ödənişsiz, 6-11 yaşlar üçün 15 manat, 11 yaşdan yuxarılar isə böyüklərlə eynidir. Xarici vətəndaşlar üçün isə giriş həftəiçi 65, həftəsonu 85 manatdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.